Azərbaycan Silahlı Qüvvələri yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatları ilə təmin ediləcək

Azərbaycan Silahlı Qüvvələri yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatları ilə təmin ediləcək "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək
Hərbi
27 Sentyabr , 2016 17:59
Azərbaycan Silahlı Qüvvələri yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatları ilə təmin ediləcək

Bakı. 27 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə müdafiə sənayesi naziri Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçuş aparatları ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sənədə əsasən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.

Son xəbərlər

Orphus sistemi