Yuxarı

Silahlı birləşmələr üçün 1440 nəfər sürücü hazırlanıb

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin hesabat müşavirəsi keçirilib

Bakı. 7 iyul. REPORT.AZ/ "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-də hesabat müşavirəsi keçirilib. "Report" xəbər verir ki, müşavirədə çıxış edən cəmiyyətin sədri Şahvələd Əliyev bildirib ki, bu ilin I yarısı uğurlu olub.

O bildirib ki, bu ilin birinci tədris mərhələsi üzrə Silahlı Qüvvələr və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılan başqa silahlı birləşmələr üçün 1440 nəfər sürücü, I və II tədris mərhələsi üzrə 187 nəfər aşpaz, 144 nəfər rabitəçi və 73 nəfər paraşütçü mütəxəssis hazırlanıb. Bundan əlavə, 130 nəfər həvəskar paraşütçü, habelə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 14 min 865 nəfər sürücü mütəxəssis hazırlanıb ki, bu da illik planın 42,9%-ni təşkil edir.

Snayper xüsusi hərbi ixtisası üzrə mütəxəssislərin hazırlığı barədə məlumat verən cəmiyyətin sədri bu ilin I tədris mərhələsi üzrə sifarişə uyğun olaraq, Silahlı Qüvvələr üçün müvafiq sayda snayperçinin hazırlandığını diqqətə çatdırıb. Bu ixtisas üzrə hazırlıq keçən çağırışçıların praktiki vərdişlərinə xüsusi önəm verildiyi, bu məqsədlə tədris proqramına uyğun olaraq tədris müddətində müdavimlərlə mütəmadi olaraq interaktiv və atıcılıq tirlərində, o cümlədən poliqonda SVD snayper tüfəngi və AK-74 silahlarından praktiki atışların gerçəkləşdirildiyi deyilib.

Sürmə təlimində istismar edilməsi məqsədi ilə əlavə olaraq 2 ədəd yeni "Hyundai Accent" markalı minik avtomobilinin alınması barədə məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi