Ordunun şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların toplantısı keçirilib

Ordunun şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların toplantısı keçirilib Çıxış edən zabit və mütəxəssislər mənəvi-psixoloji tərbiyə işinin səmərəliliyini artırmaq üçün təklif və mülahizələrini bölüşüblər
Hərbi
14 İyul , 2017 15:35
Ordunun şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların toplantısı keçirilib
Mod.gov.az

Bakı. 14 iyul. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən, hərbi hissə və birləşmələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqlarının təlim-metodik toplantısı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Dövlət himni səsləndirilib.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev toplantıda məruzə ilə çıxış edərək 2017-ci ilin ötən yarım ili ərzində orduda şəxsi heyətin mənəvi-psixoloji tərbiyəsi istiqamətində görülən işlərdən və növbəti yarım ildə qarşıda dayanan əsas vəzifələrdən danışıb.

O, çıxışında Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlara müvafiq olaraq hərbi qulluqçuların vətənə, dövlətə, xalqa və hərbi anda sədaqət ruhunda tərbiyə edilməsi sahəsində əsas məsuliyyətin hərbi hissələrdə şəxsi heyətlə iş üzrə zabitlərin üzərinə düşdüyünü xüsusi qeyd edib.
Toplantı öz işini məruzə ətrafında müzakirələrlə davam etdirib. Çıxış edən zabit və mütəxəssislər mənəvi-psixoloji tərbiyə işinin səmərəliliyini artırmaq üçün təklif və mülahizələrini bölüşüblər.

Tədbirin sonunda müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev çıxış edərək planauyğun olaraq belə tədbirlərin keçirilməsinin vacibliyindən və hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitlərinin, həmçinin psixoloqların təcrübi vərdişlərinin artırılmasında əhəmiyyət kəsb etdiyini qeyd edib.

Müdafiə nazirinin müavini ordunun döyüş qabiliyyətinin gücləndirilməsi məqsədi ilə dövlətin və ordu rəhbərliyinin həyata keçirdiyi tədbirlərdən söhbət açaraq əmin olduğunu bildirib ki, şəxsi heyətin döyüş ruhunun daha da artırılması üçün komandirlərin şəxsi heyətlə iş üzrə komandir müavinləri üzərlərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcək və bu sahədə öz bacarıqlarını əsirgəməyəcəklər.

Son xəbərlər

Orphus sistemi