Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndələri bir sıra hərbi obyektlərdə olublar

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndələri bir sıra hərbi obyektlərdə olublar Bakı. 8 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.
Hərbi
8 Fevral , 2018 13:04
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndələri bir sıra hərbi obyektlərdə olublar
Mod.gov.az

Bakı. 8 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini, Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını, “N” nömrəli hərbi hissəni və Hərb Tarixi Muzeyini ziyarət ediblər.

Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi