Yuxarı

Sərhəd pozucuları ilə atışmada yaralanan baş çavuş təltif olunub

Sərhəd pozucuları ilə atışmada yaralanan baş çavuş təltif olunub

Bakı. 18 iyul. REPORT.AZ/ Bu il iyunun 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xid­mə­ti əra­zisində dövlət sərhə­dinin po­zulmasının qarşısını alarkən silahlı sər­­­­həd pozucu­ları ilə atışmada çoxsaylı güllə yarası almış baş ça­­vuş Kurupov Ra­­ma­zan Məm­məd oğlu sağalıb.

"Report"un xəbərinə görə, çavuş R.Kurupovun sağ­lam­­­­lığı qısa müddət ərzində bər­­pa edilib və hazırda onun tibbi reabili­tasiya pro­se­dur­­­­larına cəlb edilməsi planlaşdırılır. Müalicə təd­bir­ləri yekunlaşdıq­­­­dan sonra baş çavuş R.Kuru­povun Silahlı Qüvvə­lə­rin ehtiya­tı­na buraxılması nəzərdə tutulub.

Dövlət Sərhəd Xidmətinin rəisi ge­­­ne­ral-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşüb və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib.

Görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə al­tına qoyaraq dövlət sərhədinin pozulmasına imkan ver­mədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi