Yuxarı

Azərbaycanın sərhəd gözətçi gəmisi Xəzərdə xidməti-döyüş fəaliyyətinə başlayıb - FOTO

Gəmi Xəzər dənizinə endirilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) S-201 №-li sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzər dənizinə endirilib. Bu barədə "Report"a DSX-nın mətbuat mərkəzindən bildirilib.

Qeyd edək ki, sərhəd gözətçi gəmisi Gəmi İnşası və Təmiri Mərkəzində tikilib. Sentyabrın 7-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev gəmiyə baxış keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi