Rusiyanın müdafiə naziri Bakıda Dağlıq Qarabağ münaqişəsi üzrə fikir mübadiləsi aparacaq

Rusiyanın müdafiə naziri Bakıda Dağlıq Qarabağ münaqişəsi üzrə fikir mübadiləsi aparacaq Sergey Şoyqunun prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi planlaşdırılır
Hərbi
14 Avqust , 2016 19:30
Rusiyanın müdafiə naziri Bakıda Dağlıq Qarabağ münaqişəsi üzrə fikir mübadiləsi aparacaq

Bakı. 14 avqust. REPORT.AZ/ "Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu avqustun 14-15-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Bakıda danışıqlar aparacaq".

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini eləcə də beynəlxalq və regional təhlükəsizlik problemlərini müzakirə edəcəklər.

"Dağlıq Qarabağ münaqişəsi üzrə fikir mübadiləsi aparılacaq", - deyə Konaşenkov əlavə edib.

Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Sergey Şoyqunun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi