Sergey Lavrov: "Rusiya Azərbaycanın "Russia Arms Expo-2015" sərgisində iştirak edəcəyinə ümid edir"

Sergey Lavrov: "Rusiya Azərbaycanın "Russia Arms Expo-2015" sərgisində iştirak edəcəyinə ümid edir" "Azərbaycan nümayəndələri müvafiq dəvət alıblar"
Hərbi
1 Sentyabr , 2015 20:52
Sergey Lavrov: Rusiya Azərbaycanın Russia Arms Expo-2015 sərgisində iştirak edəcəyinə ümid edir

Bakı. 1 sentyabr. REPORT.AZ/ Rusiya Azərbaycanın "Russia Arms Expo-2015" sərgisində iştirak edəcəyinə ümid edir. "Report" "RİA Novosti"yə istinadən xəbər veriri ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Ümid edirik ki, bizim azərbaycanlı dostlarımız sentyabrda Sverdlovsk vilayətində keçiriləcək hərbi-texniki məhsulların sərgisində iştirak edəcək. Azərbaycan nümayəndələri müvafiq dəvət alıblar", - nazir deyib.

S.Lavrov bu ilin avqustunda Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus üç gəminin Bakıya gəlişinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Nazir iki ölkə arasında humanitar münasibətlərə toxunaraq, mədəniyyətlər və təhsilin Rusiya və Azərbaycanı çox yaxınlaşdırdığını qeyd edib.

Qeyd edək ki, "Russia Arms Expo-2015" sentyabrın 9-dan 12-dək Nijni Tagil şəhərində təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi