Səlim Müslümov: “Azərbaycan ordusu əsl nizami ordudur”

Səlim Müslümov: “Azərbaycan ordusu əsl nizami ordudur” “Bu ordu hər şeyə qadirdir”
Hərbi
14 Aprel , 2016 10:06
Səlim Müslümov: “Azərbaycan ordusu əsl nizami ordudur”

Bakı. 14 aprel. REPORT.AZ/ “Erməni qəsbkarları bilməlidir ki, bu gün artıq onların qarşısında 1990-cı illərdə olduğu kimi könüllülük əsasında döyüşməyə gəlmiş, “dayandoldurum”larla silahlanmış özünümüdafiə batalyonları yoxdur”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Milli qəhrəmanlarımız” adlı kitabın təqdimatında çıxışı zamanı deyib.

O bildirib ki, erməni qəsbkarları artıq qarşılarında nizami Azərbaycan ordusu olduğunu bilməlidirlər: “Aprelin 6-da Horadizə getmişdim. Şəhid ailələri və sağlamlıqlarını müharibədə itirən qəhrəmanlarımıza tikilən evləri təqdim edirdik. Mən orda bizim insanların çoşqusunu gördüm, Azərbaycan ordusunun son uğurlarından qürur hissi keçirdiklərini gördüm. Nizami Azərbaycan ordusunu gördüm. Bir əsgər belə əmrdən kənara bir addım atmır. Hətta mən özümü təqdim edib, nazir olduğumu dedim. Onun dəxli yoxdur. Əmr verilib. Deyilən yerdən kənara keçmək olmaz və icazə verilmədi. Bu, əsl nizami ordudur. Bu ordu hər şeyə qadirdir”.

Son xəbərlər

Orphus sistemi