“Səhra mətbəxi” müsabiqəsinin püşkatma mərasimi keçirilib

“Səhra mətbəxi” müsabiqəsinin püşkatma mərasimi keçirilib Azərbaycanın hərbi aşpazları “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində avqustun 3-dən 15-dək Alabino poliqonunda keçiriləcək “Səhra mətbəxi” müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər.
Hərbi
1 Avqust , 2019 11:39
“Səhra mətbəxi” müsabiqəsinin püşkatma mərasimi keçirilib

Azərbaycanın hərbi aşpazları “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində avqustun 3-dən 15-dək Alabino poliqonunda keçiriləcək “Səhra mətbəxi” müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Dörd mərhələdən ibarət olan müsabiqənin püşkatmasının nəticələrinə əsasən hərbi aşpazlarımız 1-ci alt qrupda Qazaxıstan və Monqolustan komandaları ilə yarışacaqlar.

Hazırda hərbi aşpazlarımız “Səhra mətbəxi” müsabiqəsinə hazırlıqlarını davam edirlər.

Son xəbərlər

Orphus sistemi