Səfir: "İran və Azərbaycan müdafiə üzrə birgə komissiya yaradıb"

Səfir: "İran və Azərbaycan müdafiə üzrə birgə komissiya yaradıb" "İranın müdafiə nazirinin Azərbaycana səfəri ölkələr arasında strateji əməkdaşlığı daha da möhkəmləndirəcək"
Hərbi
21 Aprel , 2015 16:20
Səfir: İran və Azərbaycan müdafiə üzrə birgə komissiya yaradıb

Bakı. 21 aprel. REPORT.AZ/ "Azərbaycan və İran arasında münasibətlərin yüksək səviyyədə olmasını nəzərə alaraq, müdafiə naziri Hüseyn Dehqanın səfəri iki ölkə arasındakı strateji əməkdaşlığı daha da möhkəmləndirəcək".

"Report" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin İranın müdafiə naziri general-mayor Hüseyn Dehqanın azərbaycanlı həmkarı Zakir Həsənovun dəvəti ilə Bakıya səfərinə həsr olunan mətbuat konfransında bildirib.  

Səfir qeyd edib ki, H.Dehqanın Bakıya səfərinin vacib məqamlarından biri müdafiə sahəsində birgə komissiyanın yaradılması haqqında qərar olub: "Komissiyaya İran və Azərbaycanın müdafiə nazirləri rəhbərlik edəcək. Komissiyanın əsas funksiyası ölkələr arasında müdafiə sahəsində təkliflərin müzakirəsi olacaq".
M.Pak Ayin əlavə edib ki, H.Dehqanın səfəri zamanı müzakirə olunacaq ikinci mühüm məsələ - təhlükəsizlik məsələsidir: "İŞİD kimi terror təşkilatlarla mübarizə üzrə fikir mübadiləsi aparılıb. Radikalizmlə mübarizə ilə bağlı tədbirlərin görülməsi haqqında qərar qəbul edilib"

Səfir vurğulayıb ki, səfər zamanı həmçinin Azərbaycan və İran arasında hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi