Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edib Qaliblər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar
Hərbi
29 Noyabr , 2016 19:44
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edib

Bakı. 29 noyabr. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi və Xidmətin yaradılmasının 5-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin X - XI sinif şagirdləri arasında “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edir.

Dövlət Xidmətindən "Report"a bildirilib ki, müsabiqəyə hər şagird yalnız bir yazı təqdim edə bilər. Müsabiqəyə 2016-cı ilin dekabr ayının 1-dən 2017-ci ilin yanvar ayının 18-dək olan müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına təqdim olunmuş yazılar buraxılacaq. Yazılar 5 min işarədən çox olmamalıdır. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı, gənc nəslin dövlətçilik ənənələrinə ehtiramı, qüdrətli ordu quruculuğu yolunda bilik və bacarıqlarını səfərbər edəcəyi əksini tapmalıdır. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədi ilə Dövlət Xidmətinin nəşrlərində istifadə edilə bilər. Müsabiqə üçün yazılar 2017-ci ilin yanvar ayının 18-dək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, oxuduğu ümumtəhsil məktəbi və sinfi) və əlaqə nömrələrini göstərməsi zəruridir.

Qaliblərin mükafatlandırılması belədir:

I yer - Noutbuk

II yer - Netbuk

III yer - Planşet

Həvəsləndirici mükafatlar (10 mükafat) - E-book elektron kitab

Bundan əlavə, müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

Əlavə məlumat almaq üçün bu ünvana müraciət etmək olar: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının inzibati binası. Əlaqə telefonu: 493-06- 52

Son xəbərlər

Orphus sistemi