Rusiyanın hərbi gəmisi Bakıya gələcək

Rusiyanın hərbi gəmisi Bakıya gələcək Səfər sentyabrın 30-dək davam edəcək
Hərbi
26 Sentyabr , 2016 13:04
Rusiyanın hərbi gəmisi Bakıya gələcək

Bakı. 26 sentyabr. REPORt.AZ/ Sentyabrın 27-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə "Uqliç" kiçik raket gəmisinin Bakıya rəsmi səfəri planlaşdırılıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.
Rusiya nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri, eləcə də "ADEX-2016" 2-ci beynəlxalq müdafiə Sərgisində iştirakı nəzərdə tutulub.
Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.
Səfər sentyabrın 30-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi