Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib Səfər avqustun 16-dək davam edəcək
Hərbi
13 Avqust , 2015 17:23
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Bakı. 13 avqust. REPORT.AZ/ Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmilərinin, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisinin avqustun 13-də Bakıya rəsmi səfəri başlayıb.

"Report" xəbər verir ki, məlumatı Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Nazirlikdən bildirilib ki, Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar.

Əvvəlcə qonaqlar Hərbi Dəniz Qüvvələrinin həyətində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.

Səfər çərçivəsində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.

Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçirəcək, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi