Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi Azərbaycana gətirilib - VİDEO

Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi Azərbaycana gətirilib - VİDEO Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək
Hərbi
10 İyul , 2017 11:24
Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi Azərbaycana gətirilib - VİDEO
Mod.gov.az

Bakı. 10 iyul. REPORT.AZ/ Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. 

"Report" Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb.

Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.
Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.

Son xəbərlər

Orphus sistemi