Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO-nun Hərbi Komitəsinin sədri arasında görüş keçirilib

Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO-nun Hərbi Komitəsinin sədri arasında görüş keçirilib Tərəflər Avropada və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar
Hərbi
7 Sentyabr , 2017 19:15
Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO-nun Hərbi Komitəsinin sədri arasında görüş keçirilib
Rusiya Müdafiə Nazirliyi

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiya müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, general-polkovnik Petr Pavel Azərbaycan paytaxtında görüş keçiriblər.

"Report"un verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verir.

Valeri Gerasimov və Petr Pavel Avropada və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Görüş zamanı tərəflər əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər. 

Son xəbərlər

Orphus sistemi