Yuxarı

Rusiya nümayəndə heyətinin rəhbəri: "Dəniz Kuboku-2018"in təşkilatçılığı yüksək səviyyədədir"

Rusiya nümayəndə heyətinin rəhbəri: "Dəniz Kuboku-2018"in təşkilatçılığı yüksək səviyyədədir"
© Report/ Elchin Murad — Rusiya Hərbi Dəniz Donanmasının (HDD) birinci dərəcəli kapitanı, Rusiya nümayəndə heyətinin rəhbəri Sergey Yekimov

Bakı. 31 iyul. REPORT.AZ/ "Bakıda keçiriləcək "Dəniz Kuboku-2018"in təşkilatçılığı yüksək səviyyədədir".

"Report" xəbər verir ki, bunu Rusiya Hərbi Dəniz Donanmasının (HDD) birinci dərəcəli kapitanı, Rusiya nümayəndə heyətinin rəhbəri Sergey Yekimov Bakıda hərbi-dəniz oyunlarının keçirilməsinə həsr olunan mətbuat konfransında deyib.

"Rusiya komandası üçün bu müsabiqə xüsusi əhəmiyyət kəsb edir. Bu il fərqli tip gəmilərdən - kiçik artilleriya gəmilərindən istifadə edəcəyik. Dəniz müsabiqələri həmişə qarşılıqlı anlaşma və dostluq xarakteri ilə fərqlənib", - S.Yekimov bildirib.

Öz növbəsində, İran nümayəndə heyətinin rəhbəri, İran HDD-nin birinci dərəcəli kapitanı Şəhram Həbibi oyunların İran tərəfi üçün də maraqlı olduğunu vurğulayıb.

"Bu hərbi dostluğun siyasi və iqtisadi əlaqələrimizə də təsir göstərəcyinə ümid edirik", - o deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi