Rusiya Hərbi-Dəniz Donanmasının nümayəndə heyəti Azərbaycana gəlib

Rusiya Hərbi-Dəniz Donanmasının nümayəndə heyəti Azərbaycana gəlib Qonaqlar Azərbaycanın "Puta" Hərbi Dəniz Qüvvələri bazasında olacaqlar
Hərbi
15 Mart , 2017 07:49
Rusiya Hərbi-Dəniz Donanmasının nümayəndə heyəti Azərbaycana gəlib

Bakı. 15 mart. REPORT.AZ/ Rusiya Hərbi-Dəniz Donanması Baş Komandanlığının nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətinə HDD-nin Döyüş Hazırlığı İdarəsinin rəisi kontr-admiral Viktor Koçemazov başçılıq edir. Qonaqlar Bakıda "Dəniz Kuboku-2017" müsabiqəsinin beynəlxalq mərhələsinə hazırlıq işlərinin müzakirə ounacağı konfransda iştirak edəcəklər. Müsabiqənin detalları Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanlığının nümayəndələri ilə birgə işlənib hazırlanacaq.

"Dəniz Kuboku-2017" 1-10 avqust tarixlərində Azərbaycanda keçiriləcək.

Həmçinin Rusiya nümayəndə heyətinin Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin bazasına getməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi