Yuxarı

Rusiya Hərbi-Dəniz Donanmasının gəmiləri Bakı limanına daxil olacaq

Gəmilər Xəzəryanı dövlətlərlə təlimlərə hazırlığa başlayıb

Bakı. 13 aprel. REPORT.AZ/ Xəzərdə "Qrad Sviyajsk", "Uqliç", "Volqodonsk" və "Maxaçkala" kiçik raket və artilleriya gəmilərinin ekipajları Xəzəryanı dövlətlərin Hərbi-Dəniz Donanmaları ilə təlimlərin keçirilməsinə hazırlıq işlərinə başlayıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub hərbi dairəsi mətbuat xidmətindən bildirilib. 

"Hazırlıq prosesində ekipajlar müxtəlif istiqamətdə gəmi təlimləri keçirəcək, həmin təlimlərdə gəmi dəstələrinin birgə manevrlər üzrə tapşırıqlarının, eləcə də hava və dəniz hədəflərinə artilleriya atışlarının yerinə yetiriləcəyi nəzərdə tutulub", - Rusiya Cənub hərbi dairəsinin məlumatında deyilir. 

İyun ayında hərbi xidmət tapşırıqlarının yerinə yetirilməsi zamanı Rusiya HDD gəmiləri Bakı (Azərbaycan) və Aktau (Qazaxıstan) limanlarına daxil olacaqlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi