Yuxarı
    Bağlamaq

    ​Rusiya Azərbaycanda zirehli texnikaların təmiri üzrə xidmət mərkəzi layihəsini təqdim edəcək

    Layihə MDB bazarı üçün nəzərdə tutulub

    Bakı. 4 iyun. REPORT.AZ/ Rusiya payızda Azərbaycanda keçiriləcək "ADEX 2016" beynəlxalq müdafiə sənayesi sərgisində zirehli texnikaların təmiri üzrə xidmət mərkəzinin layihəsini təqdim etməyi planlaşdırır.

    "Report" xəbər verir ki, bu barədə "Lenta.ru"ya müsahibəsində Rusiya "Uralvaqonzavod" ASC-sinin baş direktoru Oleq Siyenko məlumat verib.

    "Biz payızda Azərbaycanda keçiriləcək sərgidə hazırda xüsusi olaraq MDB bazarı üçün hazırladığımız zirehli texnikaya qulluq və onların təmiri üzrə xidmət mərkəzi layihəsini nümayiş etdirəcəyik", - deyə zavodun baş direktoru bildirib.

    O, həmçinin MDB ölkələri bazarına yeni texnika tədarükünün artacağını əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi