​Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb

​Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb Moskva Bakıya 100 tank göndərib
Hərbi
17 İyun , 2016 02:15
​Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb

Bakı. 17 iyun. REPORT.AZ/ Rusiya öz öhdəliklərini yerinə yetirib və Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb.

"Report" xəbər verir ki, bu barədə "Uralvaqonzavod" korporasiyasının baş direktoru Oleq Siyenko məlumat verib.

"Tam olaraq yerinə yetirdik, tədarükü başa çatdırdıq", - deyə TASS Siyenkonun sözlərini sitat gətirib.

2014-cü ilin sentyabrında məlumat verilmişdi ki, Rusiya 2017-ci ildə 2010-cu ildə imzalanmış sazişlər paketi üzrə Azərbaycana böyük silah və hərbi texnika partiyasının tədarükünü başa çatdırmaq niyyətindədir. Bununla yanaşı Moskvanın Bakıya 100 ədəd T-90S tankının tədarükünü 2015-ci ilin I rübündə başa çatdıracağı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi