​Rumıniyada Beynəlxalq Aerokosmik, müdafiə sərgisi və konfransı işə başlayıb

​Rumıniyada Beynəlxalq Aerokosmik, müdafiə sərgisi və konfransı işə başlayıb "Romaero Baneasa" sərgi salonunda keçirilən tədbir iki gün davam edəcək
Hərbi
18 May , 2016 13:50
​Rumıniyada Beynəlxalq Aerokosmik, müdafiə sərgisi və konfransı işə başlayıb

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Rumıniyanın paytaxtı Buxarestdə 6-cı "Black Sea Defense & Aerospace" Beynəlxalq Aerokosmik, müdafiə sərgisi və konfransı işə başlayıb.

"Report"un məlumatına görə, sərgidə dünyanın 24 ölkəsindən 200-dən çox şirkəti aerokosmik, hava və dəniz nəqliyyatı, müdafiə sənayesi sahəsində nailiyyətlərini nümayiş etirir.

"Romaero Baneasa" sərgi salonunda keçirilən tədbir iki gün davam edəcək. Ora gedənlər müxtəlif növ aviasiya və hərbi texnikalar, artilleriya silahları, müxtəlif təyinatlı hərbi maşınlar, zirehli geyimlər, müxtəlif növ döyüş sursatları və s. təyinatlı məmulatlarla tanış ola biləcəklər.

Sərgi çərçivəsində müdafiə və aerokosmik sənayesi sahəsində konfrans və görüşlərin də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, tədbir Rumıniyanın Müdafiə və İqtisadiyyat nazirlikləri, ABŞ-ın Ticarət Departamenti və Rumıniyadakı səfirliyinin dəstəyi ilə keçirilir. 

Son xəbərlər

Orphus sistemi