Bakı. 10 fevral. REPORT.AZ/ "Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik ruhunun artırılması sahəsində gördüyümüz işlər, aparılan təbliğat gündən-günə artırılır". Bunu "Report" a açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin I müavini, polkovnik Zaur Abdullayev bildirib.
Zaur Abdullayev gənclərin hərbi vətənpərvərlik ruhunda köklənməsi, tərbiyəsi sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında təbliğatın gücləndirildiyini və bu sahədə görülən işlərin çoxaldığını deyib. Onun sözlərinə görə, Azərbaycan gənclərində hərbi-vətənpərvərliyə maraq ildən-ilə artır.
Polkovnik Zaur Abdullayev orta məktəblərdə hərbi hazırlıq dərslərinin keçirilməsinə diqqətin ayrıldığını və hərbi hazırlıq müəllimləri ilə mütəmadi olaraq işlərin aparıldığını bildirib.