Yuxarı

Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına baxış keçirilib - VİDEO

Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına baxış keçirilib - VİDEO

Bakı. 14 mart. REPORT.AZ/ Genişmiqyaslı təlimlərə ümumi rəhbərliyi həyata keçirən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına yerləşdikləri ərazidə baxış keçirib və şəxsi heyətlə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə naziri döyüş heyətlərinin hazırlığını yoxlayıb və təlimlərdə döyüş tapşırıqları yerinə yetirəcək müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemi və minaatanların daha effektiv tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi