Yuxarı

Azərbaycanın ​Raket və Artilleriya Qoşunlarının döyüş atışlı təlimləri keçirilib - VİDEO

Taktiki təlimlərə Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatları da cəlb edilib

Bakı. 28 avqust. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri praktiki döyüş atışlı təlimlər keçirib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlim mərkəzində 203 millimetrlik “Pion” özüyeriyən artilleriya qurğularının tətbiqi ilə divizion taktiki təlimi, eləcə də artilleriya birləşmələri ilə raket zərbələrinin və atəşin idarə edilməsi icra olunub.

Taktiki təlimlərə Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatları (PUA) da cəlb edilib.

Təlimdə örtülü atəş mövqeyindən müşahidə olunmayan hədəfləri dəqiq məhv etmək və susdurmaq üçün PUA-ların köməyi ilə hədəflərin qısa zamanda aşkar edilməsi və artilleriya vasitələri ilə dağıdılması təmin olunub.

Təlimdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi