Yuxarı

Qırğızıstanın müdafiə naziri Azərbaycana rəsmi səfərə gələcək

Abibilla Kudayberdiyevin rəsmi səfəri fevralın 13-dək davam edəcək

Bakı. 9 fevral. REPORT.AZ/ Fevralın 10-da Qırğızıstan Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyev Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Qırğızıstan Respublikasının müdafiə naziri A.Kudayberdiyevin rəsmi səfəri fevralın 13-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi