Qazaxıstanda snayper cütlüklərinin yarışı keçiriləcək

Qazaxıstanda snayper cütlüklərinin yarışı keçiriləcək Yarışlar avqustun 9-da sona çatacaq
Hərbi
4 Avqust , 2017 16:28
Qazaxıstanda snayper cütlüklərinin yarışı keçiriləcək
Mod.gov.az

Bakı. 4 avqust. REPORT.AZ/ “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlüklərinin yarışları başlayıb. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İki yarış günü ərzində snayperlər müxtəlif məsafələrdə hava hədəflərininin məhv edilməsi və digər bir sıra xüsusi tapşırıqları yerinə yetirəcəklər.

17 ölkənin komandasının iştirak etdiyi yarışlar avqustun 9-da sona çatacaq.

Son xəbərlər

Orphus sistemi