Yuxarı

Prezidentin köməkçisi: "Azərbaycan ordusu ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir qüvvətli ordudur"

Prezidentin köməkçisi: "Azərbaycan ordusu ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir qüvvətli ordudur"
© Report — Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov

Bakı. 11 may. REPORT.AZ/ “Müasir Azərbaycanın əldə etdiyi əsas uğurlardan biri də güclü ordunun yaradılmasıdır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov ümummilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Sevdiyim” adlı layihənin təqdimat mərasimində deyib.

O qeyd edib ki, hazırda Azərbaycan ordusu müasir silahlarla təchiz edilib, yüksək döyüş hazırlığına malik, Ali Baş Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir, qüvvətli ordudur. 

F.Ələsgərov xatırladıb ki, bu ordu öz gücünü 2016-cı ilin aprel ayındakı döyüşlərdə göstərib və üçrəngli bayrağı düşməndən azad edilən torpaqlarda ucaldıb: “Əminik ki, yaxın zamanlarda üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarda, Şuşada, Xankəndində dalğalanacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi