Prezidentin baxış keçirdiyi “Tufan” tipli sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirilib

Prezidentin baxış keçirdiyi “Tufan” tipli sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirilib Sərhəd gözətçi gəmisi xidməti – döyüş fəaliyyətinə başlayıb
Hərbi
16 Yanvar , 2017 11:16
Prezidentin baxış keçirdiyi “Tufan” tipli sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Üç gün əvvəl, yanvarın 13-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi “Tufan” tipli sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirilib.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Məlumata görə, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan S 203 №-li "Tufan" tipli sərhəd gözətçi gəmisi xidməti – döyüş fəaliyyətinə başlaması ilə əlaqədar yanvar ayının 14-də Xəzər dənizinə endirilib.

Son xəbərlər

Orphus sistemi