Prezident: "Xalq Cümhuriyyətinin ən önəmli qərarlarından biri Azərbaycan ordusunun yaradılması ilə bağlı qərar idi"

Prezident: "Xalq Cümhuriyyətinin ən önəmli qərarlarından biri Azərbaycan ordusunun yaradılması ilə bağlı qərar idi" "Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir"
Hərbi
26 İyun , 2018 10:23
Prezident: Xalq Cümhuriyyətinin ən önəmli qərarlarından biri Azərbaycan ordusunun yaradılması ilə bağlı qərar idi
0 : 00
0 : 00

Bakı. 26 iyun. REPORT.AZ/ "Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş ən önəmli qərarlardan biri Azərbaycan ordusunun yaradılması ilə bağlı qəbul edilmiş qərar idi".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimində deyib.

"Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra respublika süqut etdi və Azərbaycan öz dövlət müstəqilliyini itirdi. Bu bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir", - deyə dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi