Prezident İlham Əliyev Uelsdə NATO-nun sammitində çıxış edib

Prezident İlham Əliyev Uelsdə NATO-nun sammitində çıxış edib Devid Kameron: “NATO bizim gələcəyimiz üçün çox vacib alyansdır”
Hərbi
5 Sentyabr , 2014 09:16
Prezident İlham Əliyev Uelsdə NATO-nun sammitində çıxış edib
Bakı. 5 sentyabr. REPORT.AZ/ Sentyabrın 4-də Uelsin Nyuport şəhərində NATO-nun sammiti işə başlayıb. Report-un xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev sammitin açılışında iştirak edib.

Tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər. Həmçinin BMT-nin və Avropa İttifaqının ali nümayəndələri də sammitə qatılıblar.

Sammitin gündəliyinə Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, təhlükəsizliyin təmininə töhfə verən silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələlər daxil edilib.

Sammitin Əfqanıstan üzrə görüşündə çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen dövlət və hökumət başçılarını salamlayıb. Rasmussen bildirib ki, bu görüş təhlükələrin yaşandığı dünyada sabitliyə nail olmaq istiqamətində önəmli tədbirdir. NATO-nun öz əməliyyatlarının mühüm hissəsini Əfqanıstanda həyata keçirdiyini deyən A.F.Rasmussen İSAF qüvvələrinin hələ də bu ölkədə xidmət keçdiyini diqqətə çatdırıb. NATO-nun məhz onların xidmətləri sayəsində bu gün dünyada ən güclü Alyansa çevrildiyini vurğulayan baş katib Əfqanıstanda sabitliyin qorunmasının ilin sonunadək yerli təhlükəsizlik qüvvələrinə təhvil veriləcəyini bildirib, Əfqanıstana dəstəyin bundan sonra da davam etdiriləcəyini söyləyib.

Böyük Britaniyanın baş naziri Devid Kemeron da sammitin Uelsdə keçirilməsindən məmnun olduğunu deyib. “NATO bizim gələcəyimiz üçün çox vacib alyansdır” - deyən, Devid Kemeron İSAF proqramında iştirak etməklə Əfqanıstanda təhlükəsizliyə töhfə verən ölkələrə təşəkkür edib.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış edib.

Sammit öz işini sentyabrın 5-də davam etdirəcək. Burada Avstraliya, Gürcüstan, İordaniya, Finlandiya və İsveç ilə əməkdaşlığın növbəti mərhələsi barədə müzakirələr nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəlki sammit 2012-ci ildə Çikaqoda keçirilib.

Son xəbərlər

Orphus sistemi