Prezident İlham Əliyev: "İran-Azərbaycan sərhədi dostluq sərhədidir" - YENİLƏNİB

Prezident İlham Əliyev: "İran-Azərbaycan sərhədi dostluq sərhədidir" - YENİLƏNİB Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 11-də İranın Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Hərbi
11 Dekabr , 2018 12:47
Prezident İlham Əliyev: İran-Azərbaycan sərhədi dostluq sərhədidir - YENİLƏNİB

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 11-də İranın Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən sərhədlərin mühafizəsi ilə bağlı əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev iki ölkə vətəndaşlarının, iş adamlarının gediş-gəlişinin, yükdaşımalarının həyata keçirildiyini vurğulayaraq, İran-Azərbaycan sərhədini dostluq sərhədi kimi dəyərləndirib. İki ölkənin sərhəd xidməti rəhbərlərinin görüşünün önəmini qeyd edən dövlət başçısı İran-Azərbaycan əlaqələrinin inkişafında Sərhəd Qoşunları xidmətlərinin əməkdaşlığının mühüm yer tutduğunu deyib. Prezident İlham Əliyev İran Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

İranın Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi ölkəmizlə bağlı xoş hisslərini ifadə edərək, Prezident İlham Əliyevə yorulmaz fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti ilə yenidən görüşməkdən, dövlət başçısının iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı tövsiyələrini və dərin mənalı fikirlərini eşitməkdən məmnunluq hissi keçirdiyini deyib və Bakıya səfərlərinin onlarda xoş xatirələr doğurduğunu bildirib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


*** 10:20

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 11-də İranın Sərhəd Qoşunları komandanı Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi