Yuxarı
    Bağlamaq

    Pakistan nümayəndə heyəti Azərbaycanın Hərbi Dəniz Qüvvələrində olub

    Qonaqlar HDQ-nin ərazisi və təminat bazası ilə tanış olub© mod.gov.az

    Bakı. 14 mart. REPORT.AZ Pakistanın Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti Azərbaycanın Hərbi Dəniz Qüvvələrini ziyarət edib.

    Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, əvvəlcə HDQ komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Pakistan nümayəndə heyətinin rəhbəri briqada generalı Syed Ahmad Ovais Hayder Zaidi arasında keçirilən görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

    Pakistan nümayəndə heyəti HDQ-nin ərazisi, təminat bazası ilə tanış olduqdan sonra brifinq təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi