Yuxarı

Pakistan Milli Müdafiə Universitetinin nümayəndələri Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

Pakistan Milli Müdafiə Universitetinin nümayəndələri Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub
© Mod.gov.az

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, qonaqlar beynəlxalq hərbi əməkdaşlıq və hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə ətraflı məlumatlandırılıb.

Qeyd edək ki, səfər çərçivəsində Pakistan nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi