Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı: "Azərbaycana istənilən köməyi göstərməyə hazırıq"

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı: "Azərbaycana istənilən köməyi göstərməyə hazırıq" Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi ilə görüşüb.
Hərbi
11 Aprel , 2018 09:04
Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı: Azərbaycana istənilən köməyi göstərməyə hazırıq

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi ilə görüşüb.

Bu barədə "Report"a səfirlikdən məlumat verilib. 

Bildirilib ki, görüşdə hər iki ölkənin bir-birinə bütün sahələrdə göstərdiyi birmənalı dəstəyin daim yüksək qiymətləndirildiyi vurğulanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin beynəlxalq huququn tələbləri və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında tezliklə həll olunmasının vacibliyi qeyd olunub. 

Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi Pakistan Hərbi Dəniz Qüvvələrinin Azərbaycan Hərbi Dəniz Qüvvələrinə istənilən köməyi və dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb. 

Görüşdə həmçinin, Azərbaycan və Pakistan arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi, keçirilən təlimlərdə iştirakın mütəmadi təmin olunması, təcrübə mübadiləsi və səfərlərin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi