Yuxarı

Özbəkistanın müdafiə naziri Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

Özbəkistanın müdafiə naziri Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub
© mod.gov.az

Bakı. 18 noyabr. REPORT.AZ/ Özbəkistanın müdafiə naziri, general-mayor Abdusalom Azizov və rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.

Bu barədə "Report"a Mudafiə Nazirliyindən bildirilib. 

Qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşə ilə tanış olduqdan sonra hərbi təhsil istiqamətində ikitərəfli əməkdaşlıq sahəsində imkanlar müzakirə edilib.

Nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsi, kafedralar, tədris prosesi və elektron kitabxana ilə tanış olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi