​Ötən ay Azərbaycanda 701 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib

​Ötən ay Azərbaycanda 701 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib Mart ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb
Hərbi
6 Aprel , 2016 11:44
​Ötən ay Azərbaycanda 701 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib

Bakı. 6 aprel. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mart ayı ərzində 1,762,402 kv.m ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Agentlikdən “Report”a bildirilib ki, bu müddət ərzində 701 ədəd PHS, 2 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bugünədək cəmi 320,443,366 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 716,307-dir.

Hazırda ANAMA təmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gəncə, Gədəbəy, Goranboy, Qazax, Tərtər, Tovuz, Samux və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirir.

Mart ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Qeyd edək ki, əməliyyatlarda 507 nəfər əməliyyat heyəti və 126 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 39 minaaxtaran it iştirak edir.

Son xəbərlər

Orphus sistemi