Yuxarı

​Ötən ay Azərbaycan ərazisində 89 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib

Ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb

Bakı. 5 fevral. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Azərbaycan ərazisində yanvar ayı ərzində 1,571,130 kv.metr ərazini yoxlayıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizləyib. ANAMA-dan “Report”a verilən məlumata görə, 89 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Eyni zamanda, əməliyyatlarda 509 nəfər minaaxtaran mütəxəssis və 122 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 39 minaaxtaran it iştirak edib.

Bu günə qədər cəmi 316,302,056 kv.metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 714,027-dir. Ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Qazax, Ağstafa, Ağcabədi, Ağdam, Gəncə, Samux, Füzuli və Tərtər rayonlarında davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi