Şöbə müdiri: "Azərbaycan Ordusunda xidmət edən qadınlar vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirirlər"

Şöbə müdiri: "Azərbaycan Ordusunda xidmət edən qadınlar vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirirlər" Müasir dövrdə ordu quruculuğunda, ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində zəngin mənəvi-intellektual səviyyəsi ilə fərqlənən Azərbaycan qadını da yaxından iştirak edir.
Hərbi
23 Oktyabr , 2019 11:57
Şöbə müdiri: Azərbaycan Ordusunda xidmət edən qadınlar vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirirlər

"Müasir dövrdə ordu quruculuğunda, ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində zəngin mənəvi-intellektual səviyyəsi ilə fərqlənən Azərbaycan qadını da yaxından iştirak edir". 

"Report"un məlumatına görə, bunu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən minlərlə qadın Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirir: "Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarımız Vətənin müdafiəsində də fədakarlıq, şücaət göstəriblər. Vətən uğrunda neçə-neçə qadın şəhid olub. Onlardan 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Mülki işlərdə çalışan qadınların da əməyi yüksək qiymətləndirilir. Azərbaycan qadını gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında da əsl vətəndaş kimi çalışır. Azərbaycan Ordusunun şəxsi heyəti yüksək mənəvi-psixoloji hazırlığa malikdir. Bu həm də hər bir hərbi qulluqçunun milli mentalitetimizə bələd olmasının, onu yaşatmaq niyyətinin nəticəsidir. Azərbaycan cəmiyyətində insanların bir-birinə qarşılıqlı hörmətlə yanaşması önəmli faktordur. Bu, iş prosesində də, ailədə də öz əksini tapır".

Şöbə müdiri beynəlxalq təşkilatlarla da əməkdaşlıq edəcəklərini vurğulayıb: "Müdafiə Nazirliyinin əməkdaşları olaraq, eyni zamanda, fəaliyyətimiz çərçivəsində beynəlxalq qurumlarla da əməkdaşlıq etmək niyyətindəyik. Biz BMT Təhlükəsizlik Şurasının Qadınların hüquq və imkanlarının genişləndirilməsi Qətnaməsinin tələblərini əsas prioritet hesab edirik. Silahlı münaqişələrin qadınlara qeyri-mütənasib və müstəsna təsiri məsələləri ilk dəfə olaraq məhz bu qətnamədə öz əksini tapıb".

Son xəbərlər

Orphus sistemi