Ön xətdə yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirilib

Ön xətdə yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirilib Bakı. 23 iyun. REPORT.AZ/ Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə keçirilən bir neçə tədbirdə iştirak edib.
Hərbi
23 İyun , 2018 16:01
Ön xətdə yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirilib

Bakı. 23 iyun. REPORT.AZ/ Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə keçirilən bir neçə tədbirdə iştirak edib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, qonaqlar hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşüb, onların şəraiti ilə maraqlanıb və xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər.

Hərbi qulluqçular tərəfindən nümunəvi məşqlər nümayiş etdirilib. Təşkil olunan konsert proqramlarında şəxsi heyət qarşısında mahnılar ifa edən ölkəmizin tanınmış müğəniləri Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə hərbi qulluqçuları təbrik ediblər.

Son xəbərlər

Orphus sistemi