Bakı. 21 avqust. REPORT.AZ/ Bu gün Mingəçevir şəhərində şəhid Fərid Ağayevin hərbi xidmətdə fərqləndiyi medalı ailəsinə təqdim edilib. "Report"un məlumatına görə, "Ön səngərdən gələn var" adı altında keçirilən tədbirdə Mingəçevir şəhərindən olan şəhid ailələri, Qarabağ əlilləri, veteranlar, zabitlər və gizirlər iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə şəhid Fərid Ağayevin məzarını ziyarət ediblər. Daha sonra şəhid Fərid Ağayevin medalı ailəsinə təqdim olunması üçün Heydər Əliyev Mərkəzində toplantı keçirilib. Tədbirdə
Sonra Mingəçevir şəhərindən şəhid Fərid Ağayevin Azərbaycanın müdafiə naziri tərəfindən hərbi xidmətdə fərqləndiyinə görə igidliyə görə III dərəcəli medalı (ölümündən sonra) şəhidin ailəsinə təqdim edilib. Şəhid Fərid Ağayev 2014-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb, 19 yaşlı Fərid Ağayev bu ilin fevral ayında Ağdam istiqamətində gedən döyüşlər nəticəsində şəhid olub.
Qeyd edək ki, Mingəçevir şəhərindən Qarabağ müharibəsi dövründə 4 nəfər Milli Qəhrəman, 8 nəfər "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib, 287 nəfər şəhid olub, onlardan 35 nəfəri itkin düşüb. 165 nəfər Qarabağ əlili, 840 nəfər Qarabağ veteranı var.