Ombudsmanın nümayəndələri​ Bakı Hərbi Qarnizonunun hauptvaxtına baş çəkiblər

Ombudsmanın nümayəndələri​ Bakı Hərbi Qarnizonunun hauptvaxtına baş çəkiblər Hauptvaxtda saxlanılan hərbi qulluqçular fərdi qəbul olunub
Hərbi
10 Dekabr , 2015 19:09
Ombudsmanın nümayəndələri​ Bakı Hərbi Qarnizonunun hauptvaxtına baş çəkiblər

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Hərbi Qarnizonu üzrə Hərbi polisinin Biləcəridəki hauptvaxtına uzunmüddətli başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından "Report"a daxil olan məlumatda bildirilib ki, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvü də başçəkmədə iştirak etmiş, hauptvaxtda saxlanılan hərbi qulluqçular üçün lazımi şərait yaradıldığı müşahidə edilib.

MPQ-nin üzvləri tərəfindən hauptvaxtda saxlanılan hərbi qulluqçular fərdi qəbul olunub, buradakı saxlanılma şəraitindən və müəssisə əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər. 

Son xəbərlər

Orphus sistemi