Yuxarı

Ombudsman aparatının nümayəndələri hərbi hissələrə baxış keçiriblər

Ombudsman aparatının nümayəndələri hərbi hissələrə baxış keçiriblər
Onlar şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Respublikası müdafiə nazirinin və İnsan hüquqları üzrə müvəkkilin birgə təsdiq etdikləri tədbirlər planına əsasən Ombudsman aparatının nümayəndələri “N” nömrəli hərbi hissələrə baxış keçiriblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ombudsman aparatının hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Ombudsman aparatının sektor müdiri Vüqar Heydərov hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibatı otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi