Ombudsman aparatının nümayəndələri döyüş bölgəsində yerləşən hərbi hissədə olublar

Ombudsman aparatının nümayəndələri döyüş bölgəsində yerləşən hərbi hissədə olublar Müdafiə nazirinin və Azərbaycan İnsan hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) birgə təsdiq etdikləri plana əsasən, “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.
Hərbi
22 May , 2019 11:54
Ombudsman aparatının nümayəndələri döyüş bölgəsində yerləşən hərbi hissədə olublar

Müdafiə nazirinin və Azərbaycan İnsan hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) birgə təsdiq etdikləri plana əsasən, “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Görüşdə Ombudsman aparatının Hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Elmin Cəfərov insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi