​Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər

​Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər Hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib
Hərbi
18 May , 2015 16:32
​Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər

Bakı. 18 may. REPORT.AZ/ Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov, aparatın əməkdaşı və Müdafiə Nazirliyinin məsul hərbi qulluqçusu Emin Səfərovla birgə Müdafiə Nazirliyinin Beyləqan, Füzuli, Ağcabədi rayonları ərazisindəki hərbi hissələrinin düşmənlə təmas xəttindəki bir sıra bölüklərində və döyüş növbəçəkmə postlarında, həmçinin Lənkəran şəhərində yerləşən hərbi hissəyə baxışlar keçiriblər. Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, Ombudsman Aparatının əməkdaşları FHN-in Mülki Müdafiə Qoşunlarının və DİN-nin Daxili Qoşunlarının Lənkəran şəhərində yerləşən hərbi hissələrində də plan üzrə baxışlar keçiriblər.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, suallar cavablandırılıb. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində görülən işləri yüksək qiymətləndiriblər.

Hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib, habelə Ombudsman təsisatında hazırlanmış insan hüquqları sahəsində nəşrlər hərbi hissələrə hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi