​Ohanyan: Rusiyanın Azərbaycana silah satması Ermənistanı narahat edir

​Ohanyan: Rusiyanın Azərbaycana silah satması Ermənistanı narahat edir "Biz bu istiqamətdə müvafiq iş aparırıq"
Hərbi
25 Mart , 2015 22:53
​Ohanyan: Rusiyanın Azərbaycana silah satması Ermənistanı narahat edir

Bakı. 25 mart. REPORT.AZ/ "Azərbaycana təkcə Rusiyanın deyil, digər ölkələrin də silah satması Ermənistanı narahat edir".

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib.

"Təkcə Rusiya deyil, istənilən ölkə tərəfindən Azərbaycana satılan silah, bizi narahat edir və biz bu istiqamətdə müvafiq iş aparırıq. Ermənistanın hərbi-siyasi rəhbərliyi boş oturmur və müxtəlif qurumlara narazılığını ifadə edir", - deyə S.Ohanyan bildirib.

Onun sözlərinə görə, Rusiya silahlarının Azərbaycana satılması məsələsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Boryucanın İrəvana səfəri zamanı da qaldırılıb.

"Avrasiya İttifaqının Ermənistanı daha da təhlükəsiz etdimi?" sualına Ohanyan belə cavab verib:

"Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması təhlükəsizlik məsələsini tam olaraq həll edə bilməz. Lakin daxil olmamaq (Aİİ-yə - red.) və xüsusilə strateji müttəfiqimiz və təhlükəsizliyimizə zamin olan Rusiya ilə müvafiq əməkdaşlığa yiyələnməmək, məncə təhlükəsizliyimiz və gələcəyimiz barədə narahat olmamaq anlamına gəlir. Strateji tərəfdaşımız qlobal spektrda bizə Azərbaycandan çox yardım göstərir".

Son xəbərlər

Orphus sistemi