Yuxarı

Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik müzakirə edilib

Qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. “Report”un xəbərinə görə, iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

MM sədrinin I müavini, komitənin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun hərbi uçot və qeydiyyatın təkmilləşdirilməsinə xidmət etdiyini deyib.

Müzakirələr zamanı deputatlar qanun layihəsinin qəbulunun zəruriliyini vurğulayıb.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi