Yuxarı

Nigeriyanın Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

© mod.gov.az

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Bakıda səfərdə olan Nigeriyanın Hərbi Hava Qüvvələrinin komandanı aviasiya marşalı Sadiq Baba Abubakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın və Nigeriyanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Nigeriyanın nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazasında da olub. Qonaqlara aviabazanın fəaliyyəti barədə ətraflı məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi