Yuxarı

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edəcək

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Brüssel şəhərinə yola düşüb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri general Knut Bartelsin dəvətilə Alyansın yanvarın 21-də keçiriləcək toplantısında iştirak etmək üçün Belçika Krallığının Brüssel şəhərinə yola düşüb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO-nun "Qətiyyətli dəstək" Missiyasına töhfə verən ölkələrin qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə Əfqanıstan İslam Respublikasındakı siyasi vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və s. mövzular ətrafında müzakirərlər aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi