​Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edib

​Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edib Baş Qərargah rəisi səfər zamanı ikitərəfli görüşlər keçirib
Hərbi
21 May , 2015 06:12
​Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edib

Bakı. 21 may. REPORT.AZ/ Ötən gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında alyansın Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Hərbi Komitənin "Qətiyyətli dəstək" formatında baş tutan iclasında Əfqanıstandakı siyasi və təhlükəsizlik vəziyyəti, "Qətiyyətli dəstək" missiyasının gedişatı, Əfqanıstan təhlükəsizlik təsisatlarının və qüvvələrinin hərbi və idarəetmə bacarıqlarının artırılması məsələləri müzakirə edilib.

Hərbi Komitənin "Uyarlıq Platforması" formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən ilk iclasda 25 tərəfdaş dövlətin nümayəndələri iştirak edərək NATO-nun Uels sammitində qəbul olunmuş “Tərəfdaşlarla Uyarlıq Təşəbbüsü” çərçivəsində tərəfdaşlarla uyarlığın artırılması perspektivləri, tərəfdaşların NATO təlimlərində iştirakının genişləndirilməsi imkanları müzakirə olunub.

Baş Qərargah rəisi səfər zamanı Türkiyə, Gürcüstan, Moldova və Polşanın Baş Qərargah rəisləri ilə ikitərəfli görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi